Viva Medical Group - tibb və laboratoriya avadanlıqlarının tək ünvanı
Səbətə əlavə edilib

Xəbərlər

Bakıda ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir

Heydər Əliyev Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.

 “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən simpozium Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca simpozium üçün hazırlanan film nümayiş olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

Simpoziumda dünyanın 14 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.

Dünyadakı Azərbaycanlı Təbiblərin ilk Simpoziumunun iştirakçıları arasında müxtəlif ölkələrdən paytaxta gələn 100-dən çox cərrah, transplantoloq, neyrocərrah, klinik embrioloq, kardioloq, uroloq, endokrinoloq, nevroloq, travmatoloq, pediatr, terapevt və bu kimi digər ixtisas mütəxəssisləri təmsil olunurlar.

Əsas səhifə
Seçilmişlər
Səbət
Dil seçimi az en ru
Kataloq
Tibbi avadanlıq Fizioterapiya Kardioloqiya İlk yardım Endoskopiya Oftalmologiya Radiologiya Kosmetologiya Sterilizasiya Anatomik modellər Cərrahiyyə Sentrifuqalar Analizatorlar Ginekologiya Nevrologiya Cərrahi alətlər Digər
Laboratoriya avadanlığı Laboratoriya Təhsil laboratoriyası
Ortopedik avadanlıq Əlil arabaları Ayaq sağlamlığı Gəzməyə yardımçı vasitələr Boyunluqlar Korsetlər Qol asqıları və biləkliklər Varikoz corablar Döş sütyenləri Ortopedik ayaqqabilar Dizliklər