
Arab Health 2023 , Dubai World Trade Centre
Viva Medical Group şirkətinin əməkdaşları Birləşmiş Ərəb Əmirliklərinin Dubay Dünya Ticarət Mərkəzində, dünyanın ən böyük səhiyyə sərgilərindən biri olan - “ArabHealth 2023” sərgisində iştirak edir.
Dünyanın ikinci ən böyük sərgisi olan “ArabHealth” bu il 66 ölkədən rekord sayda iştirakçını bir araya gətirib.
Ümumilikdə, 4.200-dən çox yerli və xarici şirkət sərgidə 170 ölkədən 60.000-dən çox peşəkar ziyarətçiyə ən son texnologiyaları və həlləri təqdim edəcək.