Azərbaycan Tibb Universiteti ilə Uğurlu Əməkdaşlığımız: 15 Ədəd Müasir Stomatoloji Qurğu və Avadanlıqlar Təhvil Verildi!
Ölkəmizin tibb təhsilinə töhfə verməyə davam edirik! Azərbaycan Tibb Universitetinin tələbələrinin praktiki dərslərini daha yüksək səviyyədə keçməsi üçün nəzərdə tutulan 15 ədəd tam təchizatlı stomatoloji qurğu, innovativ cihazlar və ortodontik/stomatoloji sərfiyyat materiallarının çatdırılmasını uğurla reallaşdırdıq.
Yüksək beynəlxalq standartlara cavab verən bu avadanlıqlar tələbələrin daha keyfiyyətli təhsil almasına və müasir metodlarla təcrübə qazanmasına şərait yaradacaq. Gələcəyin həkimlərini yetişdirən ATU-ya bizə göstərdiyi etimada görə təşəkkür edir, universitet heyətinə və tələbələrə fəaliyyətlərində uğurlar arzulayırıq!
Bizim üçün layihənin hər bir mərhələsində – model seçimindən tutmuş vaxtında çatdırılma və quraşdırılmaya qədər – yüksək dəqiqlik və keyfiyyət ön plandadır. Keyfiyyətli tibbi avadanlıq, güclü səhiyyə infrastrukturunun təməlidir!
